“Azərbaycanın təkliflərinə qısa bir vaxtda cavab verəcəyik” – Paşinyan

  “Azərbaycanın təkliflərinə qısa bir vaxtda cavab verəcəyik” –
Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.
Yeniavaz.com Ermənistan KIV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 14-də hökumətin iclasında deyib.
"Biz bu təkliflər üzərində işləyəcəyik və qisa bir vaxtda təkliflərimizi təqdim edəcəyik", - o deyib.
“Regionumuzda sülhün alternativi yoxdur, bu, ölkələrimizin, region ölkələrinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə təminat verən yeganə həll yoludur ki, bu da normal inkişaf və tərəqqi üçün zəruri və əsas şərtdir”, - deyə Nikol Paşinyan əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...