Elmar Məmmədyarov: "Sülhməramlılarla sıx işləmək lazımdır, onlara demək lazımdır ki..."

Elmar Məmmədyarov: "Sülhməramlılarla sıx işləmək lazımdır, onlara demək lazımdır ki..."
“Yaxşı olar ki, məsələ qaldıraq, Azərbaycan tərəfi rus sülhməramlılarından tələb etsin. Əgər onlar tam şəkildə üçtərəfli bəyanat çərçivəsində işləyirlərsə, Azərbaycanın keçmiş məcburi köçkünlərinin Qarabağda təhlükəsizliyi baxımından rolları ola bilər. Yəni azərbaycanlılar Xocalıya, Xocavəndə və digər kəndlərə qayıtsalar, sülhməramlılar köməklik göstərə bilərlər. Bu qərar artıq qəbul olunub”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Sülhməramlılarla sıx işləmək lazımdır. Onlara demək lazımdır ki, sizin Prezidentiniz Putin 2020-ci ildə 10 noyabr bəyannaməsinə imza atıb. Bu sənəddə bənd var ki, məcburi köçkünlər Qarabağa qayıtmalıdırlar. Sülhməramlıların rolu bu zaman faydalı olar”, - sabiq nazir bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...