Peskov: Sülhməramlıların məsələsi Bakı ilə müzakirə olunacaq

Peskov: Sülhməramlıların məsələsi Bakı ilə müzakirə olunacaq
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır”.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, nəqliyyat kommunikasiyalarının açılması Rusiya, Azərbaycan və Ermənistan üçün vacibdir: “Moskva bu işin davam edəcəyinə ümid bəsləyir”.

D. Peskovun sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlılarının işi bundan sonra Azərbaycanla müzakirə olunacaq: “Bu sual, əlbəttə aktualdır. regionda nəqliyyat kommunikasiyalarının və logistikanın inkişafı ilə bağlı planlar hazırlayır. Bu, Azərbaycan, Ermənistan və Rusiya üçün son dərəcə vacibdir. Ümid edirik ki, bu iş davam edəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...