Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Rəsmi Bakı Qarabağda erməni sakinlərin etnik təmizlənməsi və soyqırımı ittihamlarını rədd edir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "France 24"ə müsahibəsində Ermənistan hakimiyyətinin etnik təmizləmə və soyqırımı ilə bağlı ittihamlarına cavab olaraq bildirib.
Prezidentin köməkçisi erməni sakinlərin bölgəni tərk etmək və ya qalmaqda sərbəst olduğunu deyib.
"Biz etnik təmizləmə və ya soyqırım ittihamlarını qəbul edə bilmərik. Etnik təmizləmə mülki şəxslərə qarşı zorakılıq aktıdır ki, bu da Ermənistanın 30 il əvvəl bizə qarşı istifadə etdiyi hərəkətdir. Amma bu, o demək deyil ki, biz eyni şeyi təkrarlayacağıq. Mülki əhaliyə qarşı bir dəfə də zorakılıq olmayıb. Onlar özləri də bunu təsdiqləyirlər", - H.Hacıyev vurğulayıb.
H.Hacıyev qeyd edib ki, Qarabağda erməni vətəndaşı olmayıb: "Biz onları həmişə Azərbaycan vətəndaşı hesab etmişik, lakin təəssüf ki, qanunsuz separatçı qurum onlarla birbaşa əlaqəmizə imkan vermədi”.
Onun sözlərinə görə, Qarabağdakı erməni azlıqların nümayəndələri ilə danışıqlar məhsuldar keçib və məqsəd yalnız qanunsuz erməni silahlı birləşmələrinin tərksilahına yönəlib.
Ermənistanın Azərbaycanı qanunsuz olaraq insanları həbs etməklə bağlı ittihamına gəldikdə, H.Haciyev müharibə cinayətlərində təqsirli bilinən bir neçə nəfərin saxlanıldığını əlavə edib:
“Biz bilirik ki, Ermənistanda və beynəlxalq mediada bütün hərbçiləri həbs edəcəyimizlə bağlı qorxu var idi. Əgər kimsə silahı yerə qoyarsa, o, azaddır və öz seçimi ilə Ermənistana getməyə qərar verib. Mülki şəxslərə gəlincə, biz qapıları açdıq və onların hərəkət azadlığına, seçim azadlığına hörmət etdik. Onların çoxu deyir: Mən Azərbaycan bayrağı altında yaşaya bilmərəm. Buna haqq qazandıra bilməsəm də, başa düşə və hörmət edə bilərəm. Əgər erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etsələr, biz onların hüquq və təhlükəsizliyini qoruyacaq, eləcə də bələdiyyə sistemi yaradacayıq ki, yerli-yerində öz işlərini idarə edə bilsinlər, həmçinin dini və mədəni hüquqları təmin olunsun”.
509 dəfə oxundu