ABŞ-ın Qafqaz siyasəti: Bakıdan nə istəyir?
Azərbaycanın antiterror tədbirlərindən sonra Qərb mətbuatında Vaşinqton və Brüsselin Cənubi Qafqazdakı fəaliyyəti “ABŞ və AB siyasətinin iflası”, “Qərb diplomatiyasının uğursuzluğu”, “fəaliyyətsizlik” kimi ifadələrlə səciyyələndirilir.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin araşdırmasında bildirilib.
Təhlildə qeyd edilib ki, adətən, uğursuzluqlardan sonra iki nəticə çıxarılır:
- Biz hər işi düzgün etdik, lakin başqalarının səhv hərəkətlərinə görə uğursuzluğa düçar olduq. Lakin eyni qaydada davam etməliyik;
- Səhv özümüzdədir. Haradasa yanlışlığa yol verdik və artıq yanaşmamızı dəyişməliyik.
“Qərb öz səhvlərini etiraf edəcək, yoxsa fəaliyyətinin düzgünlüyündə israr edəcək?
Qərbin səhvləri haqqında çox danışılıb: Erməni mərkəzli yanaşma, Azərbaycanın əsaslı gözləntilərinə tamamilə məhəl qoyulmaması və Rusiyanın fəaliyyətinə şərait yaradılması – bütün bunlar Qərbin regiondakı mövqeyini hazırki vəziyyətə gətirib çıxarıb.
Ermənistanın təşkilatçılığı ilə Qarabağdan ermənilərin köçü Qərbi çətin vəziyyətə salıb. Əgər erməni mərkəzli fəaliyyətə davam etsələr, baş verənləri “etnik təmizləmə” adlandırıb, özlərini Azərbaycana qarşı birtərəfli hərəkətləri nəzərdə tutan dar çərçivəyə salacaqlar!
Elə isə Qərb Cənubi Qafqazdan nə istəyir?! İndiki şəraitdə buna necə nail olmaq olar?!
Qısaca, Qərbin bölgədəki maraqları və həmin maraqlara cəlb olunan ölkələri qeyd edək:
- Enerji - Azərbaycan mənbə və tranzit ölkə kimi, Gürcüstan tranzit ölkə kimi;
- Kommunikasiya - Azərbaycan və Gürcüstan - tranzit funksiyası;
- Regionun proqnozlaşdırıla bilən olması - hər üç ölkə;
- ABŞ üçün maraqlı olan İran konteksti - Azərbaycan və Ermənistanla qarşılıqlı fəaliyyət;
- Rusiyanı sıxışdırmaq - yenə də hər üç ölkə, lakin Rusiya ən çox Ermənistanda mövcud olduğu üçün İrəvan prioritetdir;
- Liberal müdaxilə - hər üç ölkə, lakin bu tarixi məqamda və bu kontekstdə İrəvandakı Paşinyan rejimi Qərbə daha yaxın olduğuna görə Ermənistanın təhlükəsizliyi Qərb üçün çox vacibdir”, - təhlildə vurğulanıb.
Analitiklərin fikrincə, geoiqtisadi baxımdan Qərbin regiondakı maraqları Azərbaycan və Gürcüstanla qarşılıqlı əlaqələrdən keçir:
“Geosiyasi baxımdan Qərblə Rusiya arasında qarşıdurma Ermənistanda, İranla qarşıdurma isə Azərbaycan və Ermənistanın perimetrində cərəyan edir. İran məsələsində Vaşinqtonun Bakı ilə maraqları üst-üstə düşür. İrəvanla isə əksinə - İran istiqaməti Ermənistan üçün Qərblə münasibətlər qədər vacibdir.
Bəs Qərb effektiv olmaq üçün nə etməlidir?
ABŞ-la AB-nin bəyanatları və hərəkətləri seytnot vəziyyəti yaradıb. Əgər eyni ruhda davam etsələr, o zaman Azərbaycanla bağlı problemlər, regionda mövqelərinin itirilməsi qaçılmazdır. Odur ki, Vaşinqton və Brüsselin bölgə siyasətinin təkamülünə ehtiyac var.
Hazırda birtərəfli mövqeyin iflası Qərbi öz yanaşmasına yenidən baxmağa məcbur etməlidir. Əks halda, artıq uğursuzluğa düçar olmuş siyasətin davam etdirilməsi daha böyük itkilərə gətirib çıxaracaq.
İndiki vəziyyətdə Qərb üçün prioritet Paşinyan rejimini dəstəkləmək və nəticədə Ermənistanın təhlükəsizliyini qorumaqdır.
Məntiqlə belə çıxır ki, Ermənistanda hakimiyyətdə Paşinyan yox, rusiyayönümlü qüvvələr olsa, o zaman Qərbin dəstəyi bir o qədər də fəal olmayacaq! Əgər Ermənistana bu dəstək Azərbaycana təzyiq yolu ilə həyata keçirilərsə, o zaman Bakı indiki şəraitdə Ermənistanda Paşinyan rejimini məhv etməkdə maraqlı olacaq. Bu isə rusiyapərəstlik deyil, Bakı ilə Moskvanın maraqlarının taktiki olaraq üst-üstə düşməsidir! Çünki belə halda Bakı Qərbin regiondakı maraqlarını öz üzərinə cəmləyə bilər!
Əgər Qərb öz regional siyasətinə tənqidi yanaşsa və operativ şəkildə dəyişsə, Bakını Ermənistanda Paşinyan rejiminin saxlanmasında maraqlı edə bilər.
Qranadada keçiriləcək görüş ABŞ və AB-nin hansı yolu tutacağını göstərəcək. Bakı tərəflərə daha konstruktiv olmaq şansı verir. Biz artıq öncədən xəbərdarlıq etdiyimiz məqama yaxınlaşırıq: Azərbaycan Qarabağ üzərində suverenliyini bərqərar etdi və biz buna sülh müqaviləsi imzalanmadan nail olduq!
Paşinyan rejiminə dəstək yalnız Bakı ilə razılaşma yoluyla mümkündür və Qərb bunu başa düşməlidir. Əks halda siyasətinin daha böyük uğursuzluğu və iflası ilə üzləşəcək!”
428 dəfə oxundu