Balasanyanın artıq Ermənistanda olduğu deyilir

  Balasanyanın artıq Ermənistanda olduğu deyilir
Özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyanın artıq Ermənistanda olduğu bildirilir.
Yeniavaz.com İrəvanın “24News” portalına istinadla xəbər verir ki, bu barədə separatçı rejimin “deputatı” olmuş Metaxe Akopyan məlumat verib.

“Onun artıq Ermənistanda olması ilə bağlı məndə məlumat var, lakin hələ ki, onunla əlaqə saxlamamışam”, - Akopyan qeyd edib.
Xatırladaq ki, yaxın günlərdə Azərbaycanın hüquq-mühafizə orqanları qondarma rejimin keçmiş “rəhbərlərini”, eləcə də burada “yüksək vəzifə tutmuş” bir sıra şəxsləri saxlayaraq məsuliyyətə cəlb edə bilib.
Qeyd edək ki, Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...