“Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırıq”

  “Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırıq”
“Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır və danışıqlara Moskvada ev sahibliyi edə bilər”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə MDB Dövlər Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında deyib.
“Gündəmdə nəhayət uzun müddətdir davam edən bu münaqişəyə son qoymaq üçün sülh müqaviləsinin (Bakı və İrəvan) hazırlanması var. Rusiya təbii ki, bu məsələdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır”, - Rusiya dövlət başçısı bildirib.
“Xüsusən, biz lazım gəlsə, Moskvada istənilən formatda danışıqların təşkili ilə də razıyıq”, - Putin aydınlıq gətirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...