Rusiyanın sülhməramlı kontingenti Qarabağdan nə vaxt çıxarılacaq? - MÜHÜM AÇIQLAMA
“Rusiya sülhməramlı qüvvələri, doğrudan da, 3 il ərzində üzərilərinə düşən vəzifəni yerinə yetirməyə çalışdılar. Doğrudur, müəyyən məsələlərdə anlaşılmazlıq, bir sıra tələblərimizin gerçəkləşməsinə tam adekvat qarşılıq verilmədiyi hallar mövcud idi. Amma bütövlükdə, rus sülhməramlıları öz funksiyalarını müəyyən montaj çərçivəsində yerinə yetirdilər. Onların fəaliyyətlərinin hüquqi çərçivəsi sona qədər müəyyənləşmədi, çünki beynəlxalq taktikada bu məsələ ilə bağlı ümumən son dərəcə oturuşmuş modellər mövcud deyil. İstər BMT yaraqlıları çərçivəsində, o cümlədən NATO-nun, Avropa İttifaqının ayrı-ayrı ərazilərində lokal, etnik-milli, yaxud dövlətlərarası konfliktlərdə sülhməramlı kontingent fəaliyyət göstərir. Onların bir qismi hətta beynəlxalq status daşıyırlar, yəni hansısa qurumlar tərəfindən onlara mandat verilir, fəaliyyətlərinin hüquqi arealı müəyyənləşdirilib, üzərilərinə tələblər, məsuliyyətlər, öhdəliklər qoyulub. Ancaq son 3 ildə rus sülhməramlılarının Qarabağda qalma məsələsi sırf Prezident İlham Əliyev və Rusiya lideri arasındakı razılaşmalara dayandı. Zaman da göstərdi ki, bu model qalib gəldi. Cənab İlham Əliyevin kursu, strategiyası Azərbaycanı öz ərazi və suverenlik bütövlüyünə qovuşdurdu. Nəyin bahasına olursa-olsun, bizi Rusiya hərbi qüvvələri ilə toqquşdurmağa çalışan dairələrin ssenarisi işləmədi”.
Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan vaxtından əvvəl çıxarılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.
Komitə sədri qeyd edib ki, əslində, 2020-ci ildəki Vətən müharibəsinin baş verməsi öz-özlüyündə regionda geopolitik inqilaba çevrildi: “Uzun on illər bölgəni bölüşdürən Fransa, Rusiya və ABŞ-nin qüvvələr nisbəti dəyişdi. Buna görə də bunu inqilab adlandırırıq. Həmin qüvvələr pandemiya şəraitində regiondan kənarda qaldılar və beləliklə, cənab İlham Əliyevin apardığı savaş Türkiyəni regiona siyasi cəhətdən daha çox gətirdi. Yekunda Şuşa Bəyannaməsi imzalandığından sözügedən dövlətlər özlərini bölgədən çıxarılmış saydılar. İndi də nəyin bahasına olursa-olsun hərbi cəhətdən qayıtmağa cəhd edirlər. Bu gün də eyni proses davam edir. Avropa İttifaqının 100 nəfərlik tərkibdə məlum müşahidə missiyasının hamısı kəşfiyyat inhisarlarıdır, hərbi tərcümeyi-hala malik olan şəxslərdir. Onlar NATO-nun bölgəyə gəlməsinin bir bazisidirlər. Ermənistan tərəfi də açıq şəkildə bəyan edirdi ki, onlar beynəxalq sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsini istəyirlər - mümkündürsə, Qarabağda, ya da ən azı Ermənistanla Azərbaycan sərhədlərində. Son təxribatlarda bizi o qüvvələrlə üz-üzə gətirmək istəyirdilər ki, Göyçə dağlarında, Laçın zirvəsində toqquşma baş versin, guya sən demə Avropa İttifaqının monitorinq missiyasının nümayəndəsi orada imiş...”
Z.Oruc vurğulayıb: "Putin “İlham Əliyev mənə söyləyir ki, siz artıq bizim ərazimizdəsiniz, hətta Paşinyanın ərazilərimizi tanıdığı və rəqəm ölçüsündə dilə gətirdiyi, Brüssel sənədlərində göstərdiyi şəraitdə sülməramlıların Qarabağda qalma məsələsi artıq üçtərəfli deyil, iki dövlət arasında razılaşdırılmalıdır” sözünü təsadüfi dilə gətirmədi. Oktyabrın 13-də MDB dövlət başçılarının Bişkekdə keçirilən görüşündə bir qədər tarixi simvolizmi də axtara bilərik. Uzun illər Bişkek protokolu sanki bizim həyatımızı ayırıcı və əslində fəlakət doğuran mərhələyə çevirmişdi. Baxmayaraq ki, atəşkəs sazişi idi, amma sülh sənədi deyildi. Ərazilərimiz işğal altında idi. Bişkekdə Putin tərəfindən rus sülhməramlılarının indiki şəraitdə Qarabağda qalması məsələsinə toxunuldu. O bildirdi ki, 2025-ci ilin noyabrında vaxtımız başa çatır, belə halda biz bu məsələləri danışacağıq. Putinin sözləri fonunda tam yəqinlik var. Bir tərəfdən Rusiya fərqindədir ki, Qarabağda hər hansı təhlükə yoxdur, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin hüquqları Azərbaycan tərəfindən qorunacaq, onlar cəmiyyətin sosial idarəetmə, siyasi-ictimai, iqtisadi strukturlarına inteqrasiya edəcəklər. Hətta bu inteqrasiya artıq başlanıb. Qarabağda 100-ə qədər erməni qalıbsa da, sabah 3-5 mininin geri qayıdacağı şəraitdə də bu, inkişaf etdiriləcək... Xankəndinin çevrəsində məhdud lokasiyada qalmış Rusiya sülhməramlı kontingenti sanki öz-özlüyündə xarici qüvvələrin gəlişi qarşısında şlaqbaum rolunda çıxış edir. Şübhəsiz, qətiyyən maraqlı deyilik ki, bölgə daha çox qüvvələrin hərbi çəkişmələrinin tapdağı altında olsun. Azərbaycan Ordusu güclüdür, Azərbaycan dövlətinin siyasi iradəsi var. Prezident İlham Əliyev nəinki ölkəmizdə, Qafqazın lideri kimi uzun əsrlər boyu bölgədə axan qan və göz yaşlarını durdurmaq iradəsindədir. Məhz buna görə də Tiflisdə 100 il bundan öncə də Zaqafqaziya Seymi dağılanda çağırışlar var idi ki, gəlin, bölgədə sülh əldə edək. Amma olmadı. Ermənilərin iddiaları fonunda 1919-1920-ci illərdə yadelli qüvvələr — Britaniya, Almaniya, Amerika qüvvələri, hərbi kontingenti Naxçıvana qədər gəlib çıxmışdılar… Bir sözlə, hazırda sülhməramlıların Qarabağdan çıxması məsələsi, şübhəsiz ki dövlət başçımızın iradəsi altındadır. Azərbaycan öz ərazilərində tamamilə sülhün təhlükəsizliyini təmin etmək iradəsindədir. İndi də Blinken öz yaxın çevrəsi, strateqləri ilə məsləhətləşir. Onlar Azərbaycanın guya Ermənistan ərazilərinə hücum edəcəyi, Zəngəzur üzərində hərbi həmlə planının olduğu haqqında fikri dövriyyəyə çıxarıblar. Bunda da məqsəd Fransa silahlarından sonra regiona nəyin bahasına olursa-olsun NATO-nun minimum kontingentini gətirməkdir. Paşinyan buna görə Bişkekə getmədi. Və o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxaraq maksimum çalışır ki, Avropa hərbi qüvvələri İrəvana gəlsin. Bu şəraitdə Gümrünün statusu və taleyi necə olacaq? Bu, artıq özü nonsensdir və ciddi sual doğurur. Azərbaycan bu məsələrdə son dərəcə soyuqqanlı olmalıdır, Azərbaycanın bütün regional və beynəlxalq çağırışları nəzərə almaq şəraitində hər hansı toqquşmalara getmədən, ən üstün səviyyədə məsələni həll etmək iradəsi var. Baxın, sonradan ""Daryal" adlandırılan Qəbələ Radiolokasiya Stansiyası informasiya mərkəzi kimi fəaliyyət aparırdı və fəaliyyəti ümumən dayandırıldı. Bununla da Azərbaycan öz ərazilərində hərbi doktrinamıza uyğun xarici qüvvələrin olmadığı bir məkanda müstəqil ölkə iradəsini ifadə etmişdi. Azərbaycan bunu Xalq Cəbhəsinin və ondan əvvəlki dövrlərin süni toqquşma səhnələri, meydan mübarizələri ilə, xalqın qanı hesabına etmədi. O məsələ ki diplomatiyanın, siyasətin iradəsi çərçivəsindədir, onu hansısa savaşla, qan tökülməklə nə üçün etmək lazımdır? Şərq elə həmişə konfliktlərin meydanı olmalıdır ki, Avropa da məsələni sırf siyasi və ya diplomatik müstəvidə həll etmiş olsun?"
Z.Oruc yekun olaraq deyib: "Rus sülhməramlı kontingentinin gələcək taleyi, əminəm ki, Putin və İlham Əliyev arasında keçirilən görüşlərdə öz həllini tapıb. Burada toqquşmalara yol verilməyəcək. Azərbaycan Rusiya ilə münasibətlərini çox yüksək səviyyədə saxlayır. Ölkə rəhbəri MDB arealına daxil olan ölkələrin təhlükəsizlik qüvvələrinin görüşündə də bu missiyaya öz münasibətini ifadə etdi. Bu, ən mötəbəridir, ən üstün qərar, baxışdır. Biz siyasət adamları da bu mövqeyi müdafiə etməliyik”.
388 dəfə oxundu