Azərbaycanla buna hazıram - Berdiməhəmmədov

Azərbaycanla buna hazıram -

Türkmənistan Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir və onu daha yüksək səviyyəyə qaldırmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 18 oktyabr Müstəqilliyin Bərpası Günü Münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrikində bildirib.

“Azərbaycan Respublikası sosial-iqtisadi sahədə yeni zirvələrə yüksəlməklə yanaşı, beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində də inamla irəliləyir. Biz Türkmənistan və Azərbaycan Respublikası arasındakı qardaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Sizinlə birlikdə Türkmənistan-Azərbaycan əməkdaşlığını daha yüksək səviyyəyə çatdırmaq üçün bundan sonra da səy göstərməyə hazır olduğumu bildirirəm”, - Berdiməhəmmədov bildirib.

Məktubun mətni rəsmi “Neytral Türkmənistan” qəzetində dərc olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
419 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...