Rusiya erməni sürücülük vəsiqələrini tanımayacaq
Rusiya Dövlət Duması Ermənistan vətəndaşlarının sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olduqda onların milli sürücülük vəsiqələrinin tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Dumanın saytında məlumat verilib.
Hökumətin təqdim etdiyi qanun layihəsinin birinci oxunuşu 2022-ci ilin iyununda qəbul edilib. Onun baxılmasını dayandırmaq təklifi Nəqliyyat və Nəqliyyat İnfrastrukturunun İnkişafı Komitəsinin sədri Yevgeni Moskviçev tərəfindən verilib. "İndi belə bir təşəbbüs Rusiyanın maraqlarına uyğun gəlmir", deyə o qeyd edib.
Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, milli sürücülük vəsiqələrinin tanınması haqqında qanun layihəsində Ermənistana əlavə üstünlüklər verilməsi təklif edilir, lakin respublika hakimiyyəti rus dilinin statusunun möhkəmləndirilməsi üçün heç bir addım atmayıb. "Məhz bu əsasda Duma Rusiya Federasiyası ərazisində digər ölkələrin milli hüquqlarından istifadənin mümkünlüyü barədə qərar qəbul edir", deyə sədr bildirib.
"Biz Belarus, Qazaxıstan və Qırğızıstanla bağlı belə qərarlar vermişik, çünki orada rus dili konstitusiya ilə təsbit olunub. Ermənistana gəlincə, biz görürük ki, rus dilinin statusu yoxdur, son qərarlar heç də bu sahədə əlaqələrin inkişafına yönəlməyib", deyə Volodin əlav edib.
431 dəfə oxundu