Ərdoğanla Berdiməhəmmədov niyə bir-birinə it hədiyyə etdi? - Fotolar

Ərdoğanla Berdiməhəmmədov niyə bir-birinə it hədiyyə etdi? -
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə rəsmi səfərdə olan Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədov bir-birinə it hədiyyə ediblər.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçılarının bir-birinə etdikləri hədiyyə dünyaca məşhur it cinsləridir.

Belə ki, Ərdoğanın Berdiməhəmmədova verdiyi qanqal cinsi it Türkiyənin Sivas bölgəsində geniş yayılıb. Söhbət o itdən gedir ki, dünyada “Sivas qanqal iti” kimi də tanınır. Sivas qanqal itinin mǝnşǝyi ilǝ bağlı müxtǝlif fikirlǝr var. Mǝlumata görǝ, bu it cinsi Türküstandan Anadoluya gǝtirilib.

Qanqal cinsi itlǝr Türkiyǝdǝ vǝ xüsusilǝ dǝ Anadoluda ǝn çox sevilǝn heyvanlardan biridir. Beynǝlxalq İt Federasiyası bu cinsi ‘‘Qanqal’’ adı ilǝ qǝbul edir. ‘‘Nǝhǝng itlǝr’’ qrupuna daxil edilǝn qanqal itlǝri sakit xarakterǝ malikdir. Eyni zamanda çoban iti olan qanqal yalnız Türkiyǝdǝ deyil, dünyanın bir çox ölkǝsindǝ çoban iti olaraq qǝbul edilir.
Ərdoğanla Berdiməhəmmədov niyə bir-birinə it hədiyyə etdi? -

Berdiməhəmmədovun da həmkarına verdiyi alabay cinsindən olan it eyni qədər dəyərli hesab olunur. Hətta ötən il Serdar Berdiməhəmmədov Türkmənistan populyasiyasını qorumaq üçün Alabay cinsindən olan itlərin ixracını məhdudlaşdırılması barədə qanun imzalayıb. Hazırda iti ölkədən çıxarmaq üçün səyahət edənlərə səlahiyyətli orqanın orderi lazım olur, ona qadağa və ya icazə vermək qərarı hökumət üzvləri ilə birgə verilir.

Həmçinin, alabay cinsindən olan bütün bala itlər dövlət damazlıq kitabçasına və damazlıq itlər haqqında məlumatları özündə əks etdirən xüsusi reyestrə daxil edilib. Alabayların sahiblərindən pasportlarında ev heyvanları haqqında məlumat göstərilməli, sənəddə itin doğum tarixi, cinsi, rəngi və digər məlumatlar əks olunmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...