Ərdoğan: "Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir"

Ərdoğan: "Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir"
"Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir".

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.

O, Azərbaycanın işğala son qoyduğunu açıqlayıb: “Can Azərbaycan Vətən müharibəsindən sonra 30 illik işğala son verdi. Beləliklə, sülhə bir addım da yaxınlaşdıq. Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Regional kommunikasiyaların açılması bütün regionun xeyrinədir. Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...