“Mirzoyan-Bayramov görüşü üçün Rusiyadan təklif olmayıb” – Ovannisyan

“Mirzoyan-Bayramov görüşü üçün Rusiyadan təklif olmayıb” –
İrəvan Moskvadan Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş təşkil etmək üçün rəsmi təklif almayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan parlamentdə keçirdiyi brifinqdə bildirib.
O, jurnalistin müvafiq sualına toxunaraq: “Mənə belə bir təklif barədə məlumat gəlməyib. Ola bilsin ki, bu təklif ideya kimi səslənib. Ancaq konkret addımlardan xəbərim yoxdur”, - deyib.
Qeyd edək ki, bundan əvvəl Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın belə bir görüşü təşkil etməyə hazır olduğunu açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...