Mahmud Abbasın Rusiyaya səfəri təxirə salındı

  Mahmud Abbasın Rusiyaya səfəri təxirə salındı
Fələstin Prezidenti Mahmud Abbasın noyabrın 15-də Rusiyaya planlaşdırılan səfəri Fələstin tərəfinin tələbi ilə təxirə salınıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanov jurnalistlərə bildirib.
“Noyabrın 15-də səfər olmalı idi. Fələstin rəhbərliyinin xahişi ilə bu səfər təxirə salındı. Onlar vəziyyətin həqiqətən də ağır olduğunu deyiblər və qeyd ediblər ki, prezident Abbas bu vəziyyətdə regionu tərk edə bilməz. Biz onlara təbii ki, bunu başa düşdüyümüzü dedik”, - nazir müavini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...