Azərbaycanla Naxçıvanı birləşdirən yola Rusiya nəzarət etməlidir! - Zaxarova

Azərbaycanla Naxçıvanı birləşdirən yola Rusiya nəzarət etməlidir! -
İrəvanın təşəbbüsləri bir çox cəhətdən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində ötən illər ərzində müzakirə edilmiş layihələrlə uzlaşır.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, üçtərəfli işçi qrupu regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə məşğuldur:

“Biz qəti inanırıq ki, bu proses Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında mühüm rol oynayır, stabilləşməyə və tranzitin açıqlanmasına töhfə verir və bütün Cənubi Qafqazın logistik potensialını gücləndiri.

Üç ölkənin liderləri 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan bir neçə ay sonra məhz bu işçi qrupunu yaratmaq qərarına gəliblər. Artıq bu qrupun 12 iclası keçirilib, çox böyük işlər görülüb və biz bütün tərəflər üçün faydalı olan paket həllinə çox yaxınlaşa bilmişik. Təəssüf ki, hələ də bu məsələlərə son qoymaq mümkün olmayıb. Bəli, bəzi insanların bunu etmək üçün siyasi iradəsi yoxdur və bu, biz deyilik. Biz regional kommunikasiyaların açılması proseslərinə lazımi yardımı göstərməyə davam etməyə hazırıq”.

Ermənistan Milli Təhlükəsizlik Xidmətində regional və beynəlxalq əhəmiyyətli yolların və digər kommunikasiyaların təhlükəsizliyinə nəzarət edən bölmənin yaradılmasına münasibət bildirən Zaxarova qeyd edib:

“Diqqəti cəlb etmək istərdim ki, qeyd olunan üçtərəfli qaydada Sazişlərə əsasən, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiyanın FTX-nin sərhəd xidməti orqanları həyata keçirməlidir”.

O, həmçinin izah edib ki, Rusiya həm də Ermənistanın blokadasını açmaq vəzifəsini, o cümlədən İrəvan və Ankara arasında dialoqun yenidən başlamasına töhfə verərkən, onu rəhbər tutur. Zaxarova xatırladıb ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin münasibətlərin normallaşdırılması üzrə ilk görüşü 2021-ci il yanvarın 14-də Moskvada baş tutub.

"Rusiya həmçinin ölkələr arasında qarşılıqlı fəaliyyət üçün daha bir yaxşı platforma olan "3+3”ü məsləhətçi regional platforma hesab edir. Platformanın 2024-cü ildə Türkiyədə keçiriləcək növbəti iclasında nəqliyyat mövzuları da nəzərdən keçiriləcək. Bu format çərçivəsində mən əminəm ki, İrəvanın konstruktiv təklifi tələb olunacaq”, - deyə Zaxarova yekunlaşdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...