Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkə hesablarında paylaşım edilib.

"Qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş təyyarə qəzası xəbəri bizi son dərəcə kədərləndirdi. Qəza zamanı həlak olmuş pilotların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Türkiyənin Kayseri vilayətində Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Təyyarənin iki pilotu şəhid olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...