Paşinyan o cümləni deməyə cəsarət tapmadı
“Qarabağ münaqişəsi 1988-ci ildə Sovetlər Birliyində yenidənqurmalar başlayandan yaranıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın “ARD” telekanalına müsahibəsində bildirib.
Jurnalist Paşinyana “Qarabağ Ermənistandır və nöqtə” tipli qərəzli və qeyri-obyektiv açıqlamasını xatırladıb. Bunun rəsmi Bakıda narazılığa səbəb olub-olmadığı ilə bağlı sual ünvanlayıb.
Maraqlıdır ki, Paşinyan sualdan yan keçərək onu cavablamamağa çalışıb. Eyni zamanda, onun sonunu gətirən absurd açıqlamasını bu dəfə təkrarlamağa özündə cəsarət tapmayıb. Əksinə, rəqəmlərlə oynamağa başlayaraq yenə də saxta məlumatlar verib.
Dünya ictimaiyyətini dəfələrlə aldatmağa çalışan işğalçı ölkənin baş naziri bildirib ki, o zamanlar Dağlıq Qarabağ əhalisinin guya 80 faizini ermənilər təşkil edib.
Gülünc vəziyyətə düşən Paşinyan müsahibə əsnasında öz-özünə “Dağlıq Qarabağ Ermənistandırmı?” sualını da verib. Ardınca isə "Ermənistan ermənilərin yaşadığı ərazi deməkdir, orada isə bizim çoxlu kilsələrimizi, məktəbimizi görə bilərsiz", - deməklə kifayətlənib.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Prezident ilham Əliyev dəfələrlə qeyd edib ki, N. Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə Azərbaycan xalqının heysiyyatına toxunub:
“Baş nazir deyir ki, Qarabağ Ermənistandır. O, göstərir ki, təkcə ölkə daxilində və beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni xalqına yaxşı məlumdur. O, hər gün yalan danışır. Düşünürəm, o, yalan danışmaqdan dayana bilmir. Lakin Qarabağın Ermənistan olduğunu demək çirkin yalanın növbəti hissəsidir. Sonra o deyir ki, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir”.
Ali Baş Komandan bunun qarşılığında dəfələrlə “Qarabağ Azərbaycandır və Nida” deyərək bütün xarici platformalarda Azərbaycanın haqq səsini çatdırıb.
605 dəfə oxundu