Dilqəm Əsgərov və Şahbaz Quliyev nə zaman Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA

Dilqəm Əsgərov və Şahbaz Quliyev nə zaman Azərbaycana təhvil veriləcək? -

“Bu gün Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olmaqla yanaşı, əsir və girovlarla bağlı da məqam da öz əksini tapıb”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, bəyanatda qeyd edilən bir maddə əsir və girovların qaytarılmasını əhatə edir:

“Bəyanatda cəsədlər, hərbi əsirlər, girovlar və habelə digər saxlanılan şəxslərin qaytarılması həyata keçiriləcək. Mən hesab edirəm ki, digər şəxslərə erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Azərbaycana təhvil verilməsi daxildir.

Düşünürəm ki, onların hər ikisinin vətənə qayıtması da bu proseslərdə öz həllini tapacaq.

Məsələnin həlli ilə bağlı bəyanatda öz əksini tapan öhdəlik çərçivəsində, yaxın zamanda bunun şahidi olacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...