Ombudsman mərkəzi Qarabağın hansı rayonunda açılacaq?

Ombudsman mərkəzi Qarabağın hansı rayonunda açılacaq?
“Ali Baş Komandan 1 milyondan artıq məcburi köçkünün pozulmuş hüquqlarını bərpa edib”. Bu fikirləri Modern.az-a açıqlamasında İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva bildirib.

Ombudsmanın sözlərinə görə, bu, böyük qələbədir:

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində uğurlara imza ataraq, 30 ilə yaxındır ki, böyük həsrətlə gözlədiyimiz qələbə sevincini bizə yaşatdı”.

Səbinə Əliyeva Ombudsman Aparatının Qarabağda açılacaq mərkəzindən də söz açıb:

“Öncədən də söylədiyimiz kimi, tez bir zamanda 5-ci regional mərkəzimiz Qarabağda açılacaq. Hazırda bunun hansı rayonda açılacağı barədə danışmaq tezdir. Proses tam yekunlaşandan sonra bu məsələ barədə ətraflı məlumat veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
499 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...