"Ramiz Mehdiyev 5-ci kolonun başında durur, tabeliyində olan KİV-ə göstəriş verib ki,..." - Partiya sədri

 "Ramiz Mehdiyev 5-ci kolonun başında durur, tabeliyində olan KİV-ə göstəriş verib ki,..." -
“Ramiz Mehdiyev və Əli Həsənov Azərbaycan dövlətinə düşmən kəsilən şəxslərdir”.

Bunu KONKRET.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Partiya sədri qeyd edib ki, Ramiz Mehdiyev adlanan Razik hər zaman Azərbaycan dövlətinə düşmən kəsilib:

“Bu gün o, yas içindədir. Azərbaycanın şanlı ordusu Qarabağda erməni dostlarının hamısını gəbərtdi. Bu gün Ramiz Mehdiyev pis vəziyyətdə qalıb. O, Azərbaycanın milyardlarla dollarını mənimsəyib. Ramiz Mehdiyevin əlində olan bütün milyardların hamısı falınmalı və özü də həbs edilməlidir. Ona görə də, onun 44 günlük vətən müharibəsində ordumuza və dövlətimizə dəstək olmaması normaldır. Ramiz Mehdiyev və onun komandası Azərbaycan dövlətinin əlehinə işləyir”.

Hafiz Hacıyev vurğulayıb ki, Ramiz Mehdiyev 5-ci kolonun başında durur:

“Son günlər o, 5-ci kolonun rəhbəri kimi tabeliyində olan KİV-ə göstəriş verib ki, Azərbaycan əlehinə işlər görsünlər. Onlar Azərbaycanın qazandığı möhtəşəm qələbəyə kölgə salmağa, qaralamağa çalışırlar. Əli Həsənov və Ramiz Mehdiyev dövlət əlehinə işləyirlər, bundan da hökumət məlumatlıdır. Hesab edirəm ki, müharibə tam bitəndən sonra Ramiz Mehdiyev və onun komandası haqqında tədbirlər görüləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...