“Dağılmış Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb” - Əlcəzair səfiri

“Dağılmış Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb” -
Əlcəzairin Azərbaycandakı səfiri Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin 22 noyabr 2020-ci il tarixində təşkil etdiyi azad edilmiş Füzuli şəhərinə səfərində iştirak edib.

Əlcəzairin Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfir bildirib ki, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb.

“Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb”, - deyə əlcəzairli diplomat vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...