“İran Azərbaycanla ikitərəfli əlaqələrini inkişaf etdirir” - Əli Rəbii
“Biz sevinirik ki, Dağlıq Qarabağdan didərgin düşmüş şəxslər öz vətənlərinə qayıdır”.
Bunu İranın dövlət sözçüsü Əli Rəbii APA-nın yerli bürosuna açıqlamasında deyib.
Qaçqınlar probleminin onları həmişə narahat etdiyini bildirən Ə. Rəbiinin sözlərinə görə, İranın ali rəhbəri, İran Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını açıq şəkildə bəyan edib.
Dövlət sözçüsü qeyd edib ki, İran Azərbaycanla ikitərəfli əlaqələrini inkişaf etdirir.
O xatırladıb ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya səfərinin təxirə düşməsinə səbəb əvvəlcədən elan olunduğu kimi onun Nazirlər Kabinetinin iclasında iştirakı olub: “İranın hər iki qonşu ölkə - Azərbaycan və Ermənistanla dostluq münasibətləri var. Bütün tərəflərlə müzakirələri davam etdirəcəyik ki, əldə olunan sülhə bütün tərəflər tərəfindən əməl olunacağına əmin olaq. Bu sülh həm də Qarabağda ixtilafların əsaslı və ömürlük həlli üçün zəmin yaradacaq. İran və Azərbaycan arasında müzakirələr ikitərəfli əlaqələrin inkişafı və regionda davamlı sülhün təmini ilə bağlı olacaq. Azərbaycan və Ermənistan arasında sülhün davamlı təmini məsələsini həmişə diqqətdə saxlamışıq və düşünürəm ki, bölgənin inkişafı bu sülhdən asılıdır”.
495 dəfə oxundu