Ərdoğan: “Fransanın onsuz da vasitəçilik missiyası qalmayıb”

Ərdoğan: “Fransanın onsuz da vasitəçilik missiyası qalmayıb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsinə münasibət bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti bildirib ki, hər şeydən əvvəl Minsk Qrupu vasitəçidir.

“Fransanın isə onsuz da vasitəçilik missiyası qalmayıb. Makron Fransanın başına bəladır. Fransa çox-çox təhlükəli bir dövr yaşayır. Təmənnam odur ki, bir an əvvəl Fransa Makron bəlasından qurtulsun. Əks təqdirdə “sarı jiletlillər”dən qurtula bilməyəcək. “Sarı jiletlilər” daha sonra “qırmızı jiletlilərə” çevrilə bilər. Belə bir bəla ilə qarşı-qarşıyadırlar. Dəyərli qardaşım İlham Əliyev fransızlara belə bir tövsiyə verib: “Erməniləri bu qədər sevirlərsə Marseli ermənilərə versinlər”. Eyni tövsiyəni mən də verirəm. Qarabağ azərbaycanlı qardaşlarımızın torpaqlarıdır. 28 ildir buralar işğal altındadır. ABŞ da, Rusiya da bunu qəbul edir. Fransa da bunu qəbul edirdi”, - deyə Ərdoğan vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...