Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin mübadiləsi başlandı

Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin mübadiləsi başlandı

Azərbaycan Rusiya tərəfinin vasitəçiliyi ilə Ermənistanın üç hərbi əsirini təhvil verib. Bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.

Bundan əvvəl, Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qevorq Altunyan "Armenpress" agentliyinə bir neçə erməni hərbi əsirinin bir neçə saatdan sonra vətənlərində olacağını açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanın beynəlxalq humanitar hüquq normaları və humanizm prinsiplərindən irəli gələn öhdəliklərinə sadiq olduğu barədə bəyanat yaymışdı. Bəyanatda qeyd olunur ki, Azərbaycan “hər kəs hamı üçün” prinsipi ilə əsir və girov mübadiləsinin tərəfdarıdır.

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan öz növbəsində qeyd edib ki, erməni tərəfi də “hər kəs hamı üçün” prinsipini rəhbər tutmağı təklif edir. Bundan başqa, o əlavə edib ki, gələcəkdə tərəflərdən birinin əsiri varsa, dərhal və ön şərt olmadan geri qaytarılması təklif olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...