“Tezliklə Xankəndinə gedəcəyik” – Deputatdan önəmli açıqlama
“Hərbi qulluqçuların əmək haqqı ilə bağlı xeyli vaxtdır söz-söhbət gedir. İlk növbədə biz bilmirdik ki, sentyabr ayında müharibə başlayacaq. O baxımdan da büdcədən Müdafiə Nazirliyinə ayrılan vəsait əvvəlki il necəydisə, o şəkildə ayrılmışdı. Dünya təcrübəsində belədir ki, ön cəbhədə olanların xidmət dövrü üçqat hesablanır”.
Gundeminfo.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Musavat.com-a müsahibəsində deyib. O, bildirib ki, müxtəlif yerlərdə olan insanlar ayrı-ayrı kateqoriyaya uyğun götürülməlidir.
“İkinci tərəfdən, yüksəkliklərlə bağlı məsələ var ki, bu, yalnız hərbçilərə deyil, müəllimlərə, həkimlərə və digərlərinə də şamil olunub. Əslində yüksəkliklə bağlı ideyanın müəllifi mənəm. Çünki mənim seçildiyim ərazinin, Şahbuz rayonunun ən aşağı nöqtəsi dəniz səviyyəsindən 1500 metr hündürlükdədir. Bu baxımdan da mən o vaxt bu məsələni qaldırdım, Nazirlər Kabinetinə getdim, onlar da dəstək verdilər, cənab Prezidentə müraciət etdilər. Cənab Prezident fərman verdi və Nazirlər Kabineti öz qərarı ilə bunu təsdiq etdi ki, nə qədər yüksəklik olanda əmək haqqı nə qədər ola bilər. Mənim seçildiyim dairədə elə kəndlər var ki, orada işçi əmək haqqını, üstəgəl maaşının 25 faizini alır. Kəlbəcər, Laçın, Gədəbəyin, Tovuzun dağlarında dayanan həm sərhədçi, həm hərbçi ilə Nəvaidə, yaxud başqa yerlərdə olanlar eyni əmək haqqı ala bilməz”.
“Sizcə, hərbçiləri, qəhrəman oğullarımızı narazı salanlar kimlərdir, məqsədləri nədir?” sualına Novruzov belə cavab verib: “Bunun zamanı deyildi. Hələ biz qələbəmizə sevinib, axıra qədər başa çatdırmamışıq, dərhal bu varianta keçmək... Başa düşürəm, ölkə müharibə aparıb, xərcləri çoxdur, amma indi bunun zamanı deyildi. Həm də o qədər böyük zabit heyəti yoxdur ki, biz deyək bu qədərdir. Yəqin ki, məsələyə baxılacaq və inşallah, öz həllini tapacaq”.
S. Novruzov müsahibəsində onu da bildirib ki, Ramiz Mehdiyevin nəvəsinin toy qalmaqalından sonra onunla heç bir əlaqəsi olmayıb: “Qəti şəkildə”.
S. Novruzov “Xankəndinə nə vaxt gedəcəyik?” sulına isə belə cavab verib: “Əlbəttə ki, tezliklə gedəcəyik. Deyirlər ki, azərbaycanlılar Xankəndinə niyə köçmür? Ora köçən 13 min azərbaycanlı harada yaşayacaq? Çadır qurulacaq, ya necə olacaq? Bu ailələrin uşağının bağçası, məktəbi var, yaxud digər sosial obyektlər məsələsi var. Tədricən bunlar hamısı həll olunacaq. Biz 30 il oturub səbrlə gözləyirdik. İndi bir neçə ay gözləyə bilmirik ki, yox, hər şey tələm-tələsik olmalıdır, özü də təcili! Belə olmaz axı.
Naxçıvana qatarla isə yaya qədər gedə bilcəyik. Mən söz verirəm...”
504 dəfə oxundu