İstanbul Bələdiyyəsinin keçmiş sədri Kadir Topbaş vəfat edib
İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Kadir Topbaş vəfat edib.
APA-nın məlumatına görə, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu məlumat yayıb.
O qeyd edib ki, Kadir Topbaş koronavirus səbəbindən vəfat edib: “COVİD-19 virusu səbəbindən bir müddət reanimasiyada olan və 13 il İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olaraq şəhərimizə əhəmiyyətli xidmətlər göstərən Kadir Topbaşın ölüm xəbərini dərin kədərlə qarşıladım. Qohumlarına, yaxınlarına və İstanbul Böyükşəhər Bələdiyyəsi ailəsinə başsağlığı diləyirəm”.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da Topbaşın vəfatı ilə bağlı sosial şəbəkə hesabında başsağlığı verib: “İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, dəyərli dostumuz Kadir Topbaşın vəfatını dərin kədər hissi ilə öyrəndim. Kadir bəyi İstanbula və ölkəmizə xidmətlərinə görə unutmayacağıq. Ona Allah rəhmət, ailəsinə, sevənlərinə və millətimizə başsağlığı diləyirəm”.
Qeyd edək ki, Kadir Topbaş ötən ilin noyabr ayının 16-dan COVİD-19 virusu səbəbindən xəstəxanada müalicə olunurdu.
507 dəfə oxundu