"Xocalı soyqırımı tarixin qara ləkəsidir" -

"Xocalı soyqırımı tarixin qara ləkəsidir" -
Fevralın 24-də Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videogörüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva bildirib ki, Xocalı soyqırımı hər zaman bizim qəlbimizdə bir ağrıdır.

Qənirə Paşayeva diqqətə çatdırıb ki, bizim əsas məqsədimiz bu soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsidir: "Bu soyqırımı azərbaycanlılara qarşı törədilməklə insanlıq əleyhunə bir cinayətdir. Dünyanın bu soyqırımını tanıması, həqiqətləri bilməsi üçün qardaş və dost ölkələrə ehtiyacımız var. Bu baxımdan Pakistana təşəkkür edirik ki, bu qardaş ölkə həmişə Azərbaycanın yanında olub. Biz bu mənəvi və siyasi dəstəyin davamlı olacağına inanırıq".

Pakistan Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun üzvləri Şaza Xavaca, Farrux Xan bildiriblər ki, ermənilərin Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı Pakistan bir sıra bəyanatlarla çıxış edib. Milli Assambleyanın üzvləri Xocalı soyqırımı zamanı qətlə yetirilimiş azərbaycanlılara Allahdan rəhmət diləyiblər, bu ağır cinayəti törədənlərin cəzalarına çatacağına əminliklərini bildiriblər. Pakistanlı deputatlar beynəlxalq təşkilatlarda Pakistana verilən dəstəyə görə Azərbaycana təşəkkür ediblər.

Görüşdə çıxış edən Senatda Pakistan-Azərbaycan dostluq qrupunun rəhbəri Talha Mahmud, senatorlar Şahzad Vasim, Ayeşa Raza Faruq və Nuzhat Sadiq bildiriblər ki, Xocalı soyqırımı tarixin qara ləkəsidir. Erməni silahlı qüvvələrinin günahsız mülki vətəndaşları öldürməsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir, soyqırımdır. Bir sıra ölkələr, o cümlədən Pakistan bunu soyqırım kimi qəbul edib. Senatorlar bildiriblər ki, Pakistan həmişə qardaş Azərbaycanın yanında olub və bundan sonra da olacaqdır. Pakistanlı parlament nümayəndələri Azərbaycana sülh, əminamanlıq və tərəqqi arzulayıblar.

Onlayn tədbirə yekun vuran Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu görüşə göstərilən diqqətə görə hər iki tərəfin deputatlarına təşəkkür edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...