Trampın sonuncu apellyasiya şikayəti rədd edilib

Trampın sonuncu apellyasiya şikayəti rədd edilib

ABŞ Ali Məhkəməsi keçmiş ölkə başçısı Donald Trampın prezident seçkilərinin nəticələrinə dair sonuncu, sayca üçüncü apelyasiya şikayətini təmin etməyib.

“RİA Novosti” xəbər verir ki, Ali Məhkəmə Viskonsin ştatında səsvermənin nəticələrinə dair aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qurum öz qərarını şərh etməyib.

Qeyd edək ki, Tramp adıçəkilən ştatda cəmi 20 min səslə Co Baydenə məğlub olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...