ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib”

ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib”

“Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşmüşəm”.

APA-nın məlumatına görə, bunu bu gün İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Keçirilən görüşlərdə ATƏT-in Avropada təhlükəsizlik qaydasını qorumaq prioritetinə sadiq qaldığımızı bildirmişik. Qadınlar üçün təhlükəsizliyin təmin olunması da vacibdir. Bunları təmin etməklə regional çağırışlara da cavab vermək mümkündür”, - deyə o bildirib.

A. Linde qeyd edib ki, 10 noyabr 2020-ci ildə atəşkəsə nail olunub, bölgədə vəziyyət dəyişib.

ATƏT sədri vurğulayıb ki, münaqişənin uzunmüddətli həlli lazımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
747 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...