“Dünya birliyi Ermənistana təzyiq göstərməlidir” - Ceyhun Bayramov

 “Dünya birliyi Ermənistana təzyiq göstərməlidir” -


Dünya birliyi Azərbaycanın işğaldan azad etdiyi ərazilərində minalanmış sahələrin xəritələrinin verilməsi üçün Ermənistana təzyiq göstərməlidir.

Bunu Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

“Üçtərəfli bəyanat bütün hərbi əməliyyatların dayandırılması deməkdir. Həmin sənəddə bu açıq formada öz əksini tapıb. Belə olan təqdirdə hərbi əməliyyatların bilavasitə və ya dolayısı ilə tərkib hissəsi hesab oluna bilən bütün addımlara son qoyulmalıdır. Mən bir faktı qeyd etmək istərdim ki, Ermənistan işğal edilmiş əraziləri 30 il ərzində kütləvi şəkildə minalayaraq həmin əraziləri cansız məkana çevirib. Amma Ermənistan noyabrın 10-dan sonra, hətta günü bu gün də mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bu, uzun illər ərzində davam edən hərbi cinayətdir”, - deyə nazir bildirib.

C.Bayramov qeyd edib ki, bu, beynəlxalq humanitar prinsiplərə, insani davranışlara ziddir:

“Bu ərazilərdə mina partlaması nəticəsində 18 insan dünyasını dəyişib, 78 insan isə ağır xəsarət alıb. Son hadisə isə dünən olub, Ağdamda 6 nəfər minaya düşüb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
747 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...