Moskva Yerevandan mina xəritələrini niyə istəmir... - MÜƏMMA

Moskva Yerevandan mina xəritələrini niyə istəmir... -

44 günlük Vətən Müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatdı. Amma müharibə başa çatsa da, onun izləri hələ də can almaqda davam edir. Qarabağda istər Birinci, istərsə də İkinci Müharibə zamanı basdırılmış piyada və tank əleyhinə minalar partlamaqda, istər hərçbilərin, istərsə də dinc sakinlərini həyatına son qoymaqda davam edir. Sonuncu belə hadisə dünən Ağdam rayonu ərazisində baş verib. Azad edilmiş ərazilərdə 6 nəfərin minaya düşməni nəticəsində Hüseynov Razi və Hüseynov Bayram adlı 2 qardaşın həlak olub.

Modern.az xatırladır ki, İlham Əliyev media nümayəndələri üçün 26 fevralda keçirdiyi geniş mətbuat konfransında Ermənistanı mina xəritələrini Azərbaycana verməməkdə ittiham etmişdi. Prezident minalanmanı azad edilmiş ərazilərin bərpasına mane olan əsas çətinliklərdən biri adlandırmışdı.

“Ermənistan tərəfi bizə minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu da cinayət hesab oluna bilər. Çünki hərbi əməliyyatlar bitəndən sonra artıq bir neçə hal olub ki, həm hərbçilərimiz, həm də dinc əhali o ərazilərdə həlak olub. Çünki bizə o ərazilərin, mina sahələrinin xəritələri təqdim edilməyib. Biz əlimizdə olan vasitələrlə tam sürətlə minalardan təmizlənməni təbii ki, həyata keçirə bilmirik.

Biz Ermənistan tərəfinin qeyri-səmimi davranışlarını görürük. Çünki onlar bir şeyi deyirlər, digər şeyi edirlər. Biz onlara həlak olan hərbçilərinin cəsədlərini vermişik. Ermənistan tərəfinin minlərlə cəsədi sülhməramlılarla birgə işğalda azad olunmuş ərazilərdə tapılıb və Ermənistan tərəfinə verilib. Biz özümüzü mənəviyyat və insaniyyət prinsipləri əsasında aparırıq. Lakin minalanmış ərazilərin xəritələrini verməmək və insanları bilərəkdən bu təhlükəyə atmaq təbii ki, hansısa əməkdaşlığı şübhə altına qoyur. Çünki əməkdaşlıq birtərəfli ola bilməz”.

Ermənistanın bütün mənalarda asılı vəziyyət olduğu Rusiya da rəsmi Bakının çağırışlarına rəğmən, problemlə bağlı Yerevanı tələsdirmir.

XİN rəsmisi Mariya Zaxarovanın azərbaycanlı jurnalisitin bu mövzuda verdiyi suala qeyri-müəyyən cavabı həmin yanaşmanın göstəricisidir.

“Erməni tərəfinin Azərbaycana mina xəritələrini verməsi məsələsi birbaşa Rusiya sülhməramlıları, Rusiya Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində olan məsələdir. Onlar hər gün Azərbaycan və erməni tərəfi ilə yerlərdə axtarış-xilasetmə işlərindəı yardım edir. Ona görə də sualı ilk növbədə onlara ünvanlamaq olar”- deyə Zaxarova açıqlama verib.

Amma sirr deyil ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyət göstərdiyi ərazilərin xəritəsi ermənilər tərəfindən onlara təqdim olunub. Belə ki, noyabrın 23-dən bu günə qədər 1 673 hektar ərazi, 521 kilometr yol və 1 604 yaşayış sahəsi döyüş sursatlarından təmizlənib. Sülhməramlıların itkisiz və sürətlə minatəmizləmə işləri aparması məhz erməni tərəfinin onlara mina xəritələrini təqdim etməsi ilə bağlıdır.

Azərbaycan tərəfinə, 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatların başlandığı məqamda bölgədəki minalanmış ərazilərin xəritəsi ilə yanaşı, işğalçı qüvvələrin 10 noyabr kapitulasiyasından sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarından geri çəkilən zaman minaladığı yeni ərazilərin də xəritəsi lazımdır.

Rəsmi Moskva lazımi təsir rıçaqlarının olmasına rəğmən, xəritələrin Azərbaycan tərəfinə verilməsi ilə bağlı əsaslı addımlar atmaması isə səslənən regional əməkdaşlıq fonunda səmimi görünmür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...