Azərbaycanlılar Rusiyadan qovulur? - “Əyri iş görənin başı niyə sığallanmalıdır ki?!”

Azərbaycanlılar Rusiyadan qovulur? -
“Crocus City Hall”da baş verən terror aktından sonra Rusiyada miqrantlara qarşı münasibətin sərtləşdiyi iddia edilir. Artıq Rusiyada çalışan bir sıra həmyerlilərimiz bu barədə sosial şəbəkələrdə yazırlar. Onlardan bəziləri hətta bir müddət sonra vətənə geri dönəcəklərini də istisna etmir.

Bir neçə ildir Rusiyaya köçərək müğənni fəaliyyətini orada davam etdirən Afət Fərmanqızı Yenisabah.az-a bu mövzuda danışıb.

Sənətçi son vaxtlar Rusiyada azərbaycanlılara qarşı hər hansı sərt münasibətlə qarşılaşmadığını bildirib:

“Vallah, mən belə bir şey hiss etməmişəm. Hətta son vaxtlar ruslarla iş birliyim də var. İş birliyim öz sahəmə aiddir – səsyazma rejissoru, yaxud klip çəkdirmək üçün məkanlar icarəyə götürürük. Ruslardan yüksək hörmət, izzət görürəm”.

A.Fərmanqızı qeyd edib ki, öz sahəsində dürüst çalışan şəxslər ruslarla heç vaxt problem yaşamır:

“Əgər sən rusa qarşı düz olsan, onun gözünün işığı olacaqsan. Burada əyri işlər görəcəksənsə, qarşılaşdığın mənfi münasibətə də təəccüblənməməlisən. Əyri iş görənin başı niyə sığallanmalıdır ki?! Düz ol, gözəl də münasibət gör.

Özümdən bir misal çəkəcəyəm, Rusiyada olduğum illər ərzində gözləməmişəm ki, mənə kommunal borclarla bağlı kağız gəlsin, sonra onu ödəyim. Kağız gəlməmiş illiyi bəri başdan ödəyirəm ki, problem yaranmasın. Bu elementar misaldır, hər bir işimdə beləyəm.

Əgər insan haqq-hesabında düzgündürsə, yaşadığı yerdən asılı olmayaraq, hər yerdə alnıaçıq gəzir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
372 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...