34 milyon manat investitsiya olmasa tütün istehsalına icazə verilməyəcək
Avadanlıqların alınmasına 34 (otuz dörd) milyon manatdan az olmayan məbləğdə investisiyanın qoyulması tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtlərindən biri olacaq.
Gundeminfo.az xəbər verir ki, APA-nın xəbərinə görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Avadanlıqların alınmasına 34 (otuz dörd) milyon manatdan az olmayan məbləğdə investisiyanın qoyulması yalnız yeni fəaliyyətə başlayan və ilk dəfə qeydiyyata alınan subyektlərə şamil ediləcək.
Qeyd edilib ki, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət var. Bu cür tənzimləmənin müəyyən edilməsi yerli tütün məmulatı istehsalçılarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin artmasına, ölkəyə qlobal çağırışlara cavab verəcək investisiyaların cəlbinə, rəqabətədavamlı istehsal prosesinin formalaşdırılmasına rəvac verməklə investisiya qoyuluşunun və əmək məhsuldarlığının artırılmasına səbəb olacaq.
263 dəfə oxundu