Tərtər rayonunda “Vətən Bağı” adlı ağacəkmə layihəsi həyata keçirilib

Tərtər rayonunda “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə “Vətən Bağı” ağacəkmə layihəsi həyata keçirib.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondunun, Paşa Holdinq, Kapital Bank və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Red Hearts Yardım Fondunun Prezidenti Sevda Haqverdieva, “Kapital Bank”ın Tərtər filialının müdiri Şəhriyar Mehdiyev, şəhid ailələri, qazilər iştirak ediblər.

Tərtər rayonunun Qazyan kəndi ərazisində şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun olaraq 200 ədəd eldar şamı və 200 ədəd tuya şamı əkilib. Layihə Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.

Tərtər rayonunda “Vətən Bağı” adlı ağacəkmə layihəsi həyata keçirilib
Tərtər rayonunda “Vətən Bağı” adlı ağacəkmə layihəsi həyata keçirilib
Tərtər rayonunda “Vətən Bağı” adlı ağacəkmə layihəsi həyata keçirilib
Tərtər rayonunda “Vətən Bağı” adlı ağacəkmə layihəsi həyata keçirilib
Tərtər rayonunda “Vətən Bağı” adlı ağacəkmə layihəsi həyata keçirilib
Tərtər rayonunda “Vətən Bağı” adlı ağacəkmə layihəsi həyata keçirilib
Tərtər rayonunda “Vətən Bağı” adlı ağacəkmə layihəsi həyata keçirilib
Tərtər rayonunda “Vətən Bağı” adlı ağacəkmə layihəsi həyata keçirilib

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 
XƏBƏR LENTİ
Loading...