AMEA prezidentinin qardaşı “Azercell”i məhkəməyə verdi
Ölkənin aparıcı mobil operatorlarından biri olan “Azercell Telekom” MMC-yə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiasına Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyilə baxılacaq.
Bildirək ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər (Alıq-satqı müqaviləsi) üzrə mübahisələrlə əlaqəli olaraq qaldırılıb.
İddia üzrə bugünə kimi 2 iclas təyin olunub. Növnəti iclas 16 aprel tarixində keçiriləcək.
Qeyd edək ki, “Azercell Telekom” MMC barəsində iddianı Həbibəyli Yaqub Əkbər oğlu qaldırıb. Yaqub Həbibəyli AMEA-nın prezidenti, 2 saylı Şərur seçki dairəsindən millət vəkili seçilən İsa Həbibəylinin qardaşıdır.
Onu da bildirək ki, İsa Həbibəylinin qardaşı biznes fəaliyyətiylə məşğuldur. Yaqub Həbibəyli hazırda “Avto” Müəssisəsinin (VÖEN-1400127451) və “Gəmiqaya-XXI” firmasının (VÖEN-0200013971) qanuni təmsilçisidir.
Onu da qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdi mətbuata bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərtinə məxsus olması barədə məlumatlar yayılır və bugünə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü Gəmiqaya Holdinqin rəhbəri kimi qeyd edib.
291 dəfə oxundu