Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
Azərbaycan milli komandasının sabiq futbolçusu Vadim Vasilyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Gundeminfo.az xəbər verir ki, bunu İdman.biz-ə 51 yaşlı veteran hücumçunun özü açıqlayıb.

O bildirib ki, müalicə xərclərini Fond qarşılayacaq: “Heydər Əliyev Fonduna dərin təşəkkürümü bildirirəm. Bundan sonra onların nəzarəti altında “Liv Bona Dea Hospital”da müalicəmi davam etdirəcəm. Sevinirəm ki, məni bu yolda tək qoymadılar və səsimə səs verdilər”.

Qeyd edək ki, V. Vasilyev bu il fevralın əvvəlində insult keçirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...