Parlament buraxılır: Sabiq baş nazir seçkilərə qatılır - Tarix açıqlandı

Parlament buraxılır: Sabiq baş nazir seçkilərə qatılır -
Növbədənkənar prezident seçkilərindən sonra gündəmdə duran əsas məsələlərdən biri də parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlıdır. Konstitusiyaya əsasən noyabrın 3-ü baş tutmalı olan seçkinin vaxtının həmin ay Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbiri ilə əlaqədar dəyişdirilməsi gözlənilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn deyib ki, parlament seçkilərinin nə vaxt keçiriləcəyi haqqında məlumatı yoxdur:

“Hələ bu barədə bizdə də məlumat yoxdur. Bildiyiniz kimi, rəsmi məlumat verilməyib. Növbəti parlament seçkilərində biz də AXP olaraq iştirak etməyi düşünürük. Bu istiqamətdə partiya daxilində müəyyən işlər, müzakirələr gedir”.

AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, seçkilər noyabrda baş tutmasa, növbədənkənar hesab ediləcək:

“Bunun üçün də parlament üzvləri müəyyən prosedurları həyata keçirməlidirlər. Güman ki, yay aylarında proses baş tutacaq. Aprel ayının ikinci yarısında Milli Məclisin özünü buraxdığını və növbədənkənar seçkilərin başladığını eşidə bilərik”.

Ağ Partiya başqanı seçkilərə hazırlaşdığını bildirib:

“Namizədlərin müəyyən olunması, namizədlər üçün lazımi imzaların toplanması, təbliğat-təşviqat işlərinin aparılması, bəzi maliyyə məsələləri, şüarlar, vədlər və s. ilə bağlı bir neçə aydır idarə heyətinin hər bir iclasında müzakirələr aparırıq. Seçkilərdə iştirak etmək niyyətindəyik. Ağ Partiya olaraq maksimum dairələri əhatə etməyə çalışacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
273 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...