Deputat: Bakıətrafı kəndlərdəki neft gölləri radioaktiv təhlükə mənbəyidir

Deputat: Bakıətrafı kəndlərdəki neft gölləri radioaktiv təhlükə mənbəyidir
Bakıətrafı kəndlərdə olan neft gölləri radioaktiv maddə saçır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun uşaqların sağlamlığına təsiri diqqət mərkəzində saxlanılmalıdır:

“Görəsən, bunun həmin ərazilərdə yaşayan uşaqlarda mutasiyaya səbəb olması ilə bağlı araşdırılmalar aparılırmı? Bundan əlavə, hazırda Xəzər dənizi quruyur. Volqa, Ural, Kür çaylarında bəndlər vurulur və Polad Bülbüloğlunun mahnısındakı kimi, “dəniz qaçır”.

A.Mollazadə həmçinin texnogen səslərin insan sağlamlığına ciddi təsiri barəsində də danışıb:

“Sürücülər bu gün siqnallardan çox istifadə edir. Halbuki şəhərin mərkəzi hissələrində siqnallardan istifadə qadağandır. İnsan bəzən səbəbsiz yerə stress yaşayır. Bu stressin əsas səbəblərindən biri isə səs kirliliyidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...