Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

  Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək
Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161) olub.
“Admedia.az” MMC Məcburi Köçkümlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri aparacaq və qarşılığında 1 milyon 229 min 943 manat 50 qəpik alacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, təsisçisi isə Sabit Məmmədovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
398 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...