“Yelo Bank”dan yarım mlrd. manat depozit geri çəkildi

“Yelo Bank”dan yarım mlrd. manat depozit geri çəkildi
“Yelo Bank” 2024-cü ilin ilk rübündə əmanət portfelinin 35%-ni itirib.

Bu ilin ilk rübündə bankın depozit portfeli 454,8 milyon manat azalaraq 837,2 mln. manata enib. İlin əvvəlində bu rəqəm 1 mlrd. 292 mln. manat olub.

Kəskin azalmaya səbəb şirkətlərin bankdan böyük həcmdə vəsaiti çıxarması olub. Belə ki, hüquqi şəxslərin bankdakı əmanətləri ilin ilk üç ayında 720,6 milyon manatdan 213,8 milyon manata enib.

Bu isə portfelin 506,2 milyon manat azalması deməkdir.

Bu dövrdə əhalinin bankdakı əmanətlərinin 571,4 milyon manatdan 623,48 milyon manata yüksəlməsi ümumi portfel üzrə kəskin azalması nisbətən kompensasiya edib./İqtisadiyyat.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...