Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər

Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır –
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 40 min 225,8 ton kartof idxal olunub.

Yeniavaz.com xəbər verir ki, idxal olunan kartofun 1 kiloqramının orta gömrük dəyəri 26 sent (45 qəpik) olub.

Qeyd edək ki, Azərbaycana kartof aşağıdakı ölkələrdən gətirilib:

Rusiya – 13 min 597,9 ton (42,5 qəpik)
İran – 20 min 970,9 ton (45 qəpik)
Belarus – 4 min 796,4 ton (53 qəpik)
Gürcüstan – 835,6 ton (61 qəpik)
Pakistan – 24,9 ton (53 qəpik)

Məlumat üçün onu da bildirək ki, Azərbaycan xaricdən aldığı kartofla bərabər xaricə kartof da satıb. Bu ilin ilk iki ayında Rusiyaya 555,6 ton, Ukraynaya isə 70,1 ton kartof ixrac olunub. Rusiyaya satılan kartofun 1 kiloqramının orta gömrük dəyəri 52 qəpik, Ukraynaya satılan 1 kiloqramının orta gömrük dəyəri 71 qəpik olub.

Onu da qeyd edək ki, bu ilin mart ayında Azərbaycanda idxal kartofun pərakəndə satış qiyməti 91 qəpik, yerli kartofun satış qiyməti 99 qəpik olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
342 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...