“Bank of Baku”nun problemli kreditləri 19% artıb – Ən çox şikayət olunan bankdır
Azərbaycanın aparıcı banklarından biri olan “Bank of Baku” ASC-nin problemli kreditləri artıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin ilk rübünün yekununda “Bank of Baku”nun problemli kreditləri 23 milyon 643,3 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın problemli kreditləri 3 milyon 826,5 min manat və ya 19,3% artıb. Problemli kreditlərin 18%-nin geri qaytarılma vaxtı bir ildən çox ötüb.
Məlumat üçün bildirək ki, “Bank of Baku” ASC-nin əsas səhmdarı Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupudur. Bank səhmlərinin 35%-nə sahib olan “NAB Holdinq” 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlərin əsas sahibi “NAB Holdinq” şirkətidir. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.
Qeyd edək ki, Türkiyə mətbuatında “NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.
Onu da bildirək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatda 2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bankın “Bank of Baku” olduğu bildirilib.
“NAB Holdinq”ə bağlı olan daha bir şirkətin - rəqəmsal və məişət texnikasının satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Baku Electronics”in dövlət büdcəsinə 223 min 946 manat 59 qəpik vergi borcu var. “Baku Electronics” MMC-nin 12 mart 2024-cu il tarixinə dövlət büdcəsinə olan vergi borcu 1 milyon 213 min 691 manat 29 qəpik olub.
“Bank of Baku” ASC-nin ikinci ən böyük səhmdarı isə Hikmət Əbuzər oğlu İsmayılovdur. Bank səhmlərinin 31,11%-nə sahib olan Hikmət İsmayılov eyni zamanda “AFB Bank” ASC-nin əsas səhmdarıdır. Hazırda bank “AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i Hikmət İsmayılova məxsusdur.
Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdikləri “Gilan” MMC-yə məxsus olub. 2020-ci ildə “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da, bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir. Hikmət İsmayılov eyni zamanda “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Hikmət İsmayılovun Kəmaləddin Heydərovun bacanağı olduğu barədə də mətbuatda məlumatlar yayılıb və bu günə kimi təkzib edilməyib.
247 dəfə oxundu