Problemli kreditlər hansı valyutada daha çoxdur? – Son məlumat

  Problemli kreditlər hansı valyutada daha çoxdur? –


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən ümumilikdə 25 milyard 442,7 milyon manat kredit verilib.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu ilin əvvəlindən ötən dövr ərzində verilən kreditlərin həcmi 6,1% və ya 1 milyard 463,5 milyon manat artıb. Verilən kreditlər ilə müqayisədə problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi daha çox artıb. Belə ki, bu ilin əvvəlindən ötən dövr ərzində problemli kreditlərin həcmi 33 milyon manat və ya 7,5% artaraq 470,8 milyon manata yüksəlib.
Qeyd edək ki, aprel ayının əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 1,9% paya malik olub.
Onu da bildirək ki, milli valyutada verilən 20 milyard 726,5 milyon manatlıq kreditlərin 356,5 milyon manatı və ya 1,7%-i, xarici valyutada verilən 4 milyard 716,3 milyon manatlıq kreditlərin isə 114,3 milyon manatı və ya 2,4%-i vaxtında geri qaytarılmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
207 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...