Bayden Rusiyadan uran idxalını yasaqlayan qanun layihəsini imzalayıb
ABŞ Prezidenti Cozef Bayden Rusiyadan ABŞ-yə uranın idxalını qadağan edən qanunu imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti bildirib.
Sənədə görə, bazar ertəsi Bayden “Rusiya Federasiyasında və ya Rusiya şirkəti tərəfindən istehsal olunan şüalanmamış, az zənginləşdirilmiş uranın idxalını qadağan edən” qanunu imzalayıb.
Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlamasında bildirib ki, Rusiyadan uranın idxalına qadağa ABŞ-yə dinc nüvə enerjisi sahəsində Rusiyadan asılılığı aradan qaldırmağa imkan verəcək.
Onun fikrincə, ölkə başçısı Cozef Baydenin imzaladığı qanun “dinc nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaqla və son nəticədə aradan qaldırmaqla ölkənin enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək”. Onun sözlərinə görə, Baydenin sorğusu ilə ABŞ Konqresinin təsdiq etdiyi 2,72 milyard dollar vəsaitin ayrılması ABŞ-də uranın zənginləşdirilməsi üçün potensialın yaradılmasına yol açacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını yasaqlayan qanun layihəsini yekdilliklə təsdiqləmişdi.
228 dəfə oxundu