Bakıda küçə iti 2 yaşlı uşağın yanağını dişləyərək, qoparıb

Bakıda küçə iti 2 yaşlı uşağın yanağını dişləyərək, qoparıb


Bakıda küçə iti azyaşlının yanağını dişləyərək qoparıb.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Salyan şossesi, ev 12 b ünvanında valideyn nəzarətindən kənarda qalan 2 yaşlı Ramal Elzamin oğlu Paşayev binanın həyətyanı sahəsində yerləşən məişət tullantıları qutularının yaxınlıqda oynayarkən küçə itləri ona hücum ediblər.

İtlərdən biri uşağın yanağını dişləyərək xəsarət yetirib. R.Paşayev xəstəxanaya yerləşdirilib. Onun üz nahiyəsi həkimlər tərəfindən tikilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...