Azərbaycan ərazisində ov mövsümü açıq elan edilib
Azərbaycan ərazisində 2017-2018-ci illərin ov mövsümü açıq elan edilib. APA-nın xəbərinə görə, ölkə ərazisində 2017-2018-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanıb.
2017-2018-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:
Ov obyekti olan vəhşi heyvan və quş növləri
Ovlanma müddəti
Adambaşına 1 dəfəlik norma
Dağıstan turu (təkə)
27 may 2017-ci il-
14oktyabr 2017-ci il
1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
Qaban (çöl donuzu)
16 sentyabr 2017-ci il -
16 dekabr 2017-ci il
1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
Dovşan
11noyabr2017-ci il –
13yanvar 2018-ci il
2 baş
Bataqlıq qunduzu (nutriya)
07oktyabr2017-ci il -
17fevral 2018-ci il
(volyerlərdə saxlamaq üçün)
Nutriya təsərrüfatları olan təşkilatlar
Cüllüt (ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla)
16 sentyabr 2017-ci il –
11 noyabr 2017-ci il
6 ədəd
Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla )
14oktyabr 2017-ci il –
10 mart 2018-ci il
1 ədəd
Ördək (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla)
14oktyabr2017-ci il –
10mart 2018-ci il
4 ədəd
Qaşqaldaq
14oktyabr2017-ci il –
10mart 2018-ci il
6 ədəd
Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.
861 dəfə oxundu