84 min məzun üçün "Son zəng" çalınacaq

84 min məzun üçün "Son zəng" çalınacaq


Bu il Azərbaycanın ümumtəhsil məktəblərini 195 449 şagird bitirəcək. Təhsil Nazirliyindən AzVision.az-a bildirilib ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.

2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir. Qeyd edək ki, tədris ili iyunun 14-də başa çatacaq. İyunun 14-də orta məktəbi bitirən məzunlar üçün “son zəng” çalınacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...