Qətər bu ölkədən də ordusunu çıxartdı

Qətər bu ölkədən də ordusunu çıxartdı


Qətər 2008-ci ildən Cibuti və Eritreya sərhədində xidmət edən sülhməramlılarını geri çağırıb.

Axar.az xəbər verir ki, Qətər hökuməti münaqişənin həllində artıq vasitəçilik etməyəcəyini rəsmi şəkildə Cibutiyə bildirib. Yerli “Əl-Ənba” qəzetinin yaydığı məlumata görə, Qətər XİN bu barədə BMT-ə məlumat verməyə hazırlaşır.

Bundan öncə Qətər ərəb koalisiyasının tərkibində Yəməndə hüsilərə qarşı vuruşan min nəfərlik ordusunu ölkəyə qaytarmışdı.

Xatırladaq ki, Cibuti iyun ayının 7-də Qətərlə diplomatik münasibətləri kəsdiyini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...