Göygöl rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb

Göygöl rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb


Göygöl rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə şöbəsi rəisi Bahadur Şükürov və şöbənin əməkdaşı - 1 zabit, 2 serjant vəzifələrindən azad olunub.

Bahadur Şükürov 2015-ci ildə Ağsu rayon Polis Şöbəsinin rəisi vəzifəsindən Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib. Hələlik onun yerinə təyinat olmayıb.

Rayon Polis Şöbəsindən məlumat təsdiqlənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 257 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...