Nobelçi alim: “Onkoloji xəstəliklərdən ölənlərin 30 faizi siqaret çəkənlərdir”

Nobelçi alim: “Onkoloji xəstəliklərdən ölənlərin 30 faizi siqaret çəkənlərdir”


“Onkoloji xəstəliklərdən dünyasını dəyişənlərin 30 faizi siqaret çəkənlərdir”. APA-nın xəbərinə görə, bunu ABŞ-ın Şimali Kalorina Universitetinin professoru, 2015-ci ildə kimya üzrə Nobel mükafatçısı Aziz Sancar “Universitetlərdə elmi fəaliyyətini müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib.


Nobel mükafatçısı insanlara siqareti tərgitməyi məsləhət görüb.


A.Sancar özünün elmi kəşfi ilə xərçəng xəstəliyinin müalicə edilə biləcəyini ifadə edib: “Biz özümüz tütün əleyhinə geniş kompaniya aparırıq. Zədələnmiş hüceyrələr bərpa oluna bilər. Lakin siqaret çəkiləcəyi təqdirdə bizim hazırladığımı terapiyanın heç bir faydası olmayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...